soxuş (saxta, qayırma, qondarma)

false / artificial / faked / fictional / fictitious липовый (ненастоящий, ненатуральный, поддельный)
soxuş papiros (əldə qayrılmış siqaret)
soxuşdurmaq
OBASTAN VİKİ
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Qondarma tikmə
Oturtma (qondarma) tikmə (qaz. bastırma, rus. вышивка аппликацией) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulub bərkidilməsiylə icra edilən tikmə. Bu tikmənin geniş yayıldığı yerlər Abşeron, Gəncə, Qazax, Şamxor və Göyçə gölünün ətrafı. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular. Bu üsulla ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə edirdilər. Keçmişdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniş istifadə edilib. Keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib quraşdırılması yolu ilə inkişaf etdirilib. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əşyalar bəzədilirdi.
Saxta ARP sorğuları
Saxta Dionisi Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər. 533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları: "De divinis nominibus" (İlahi adlar haqqında); "De mystica theologia" (Mistik ilahiyyat haqqında); "De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında); "De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında). Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub.
Saxta Dionisius Areopagit

Saxta bayraq əməliyyatı
Saxta bayraq əməliyyatı — faktiki məsuliyyət mənbəyini gizlətmək və günahı başqa tərəfə yükləmək məqsədilə edilən hərəkət. "Saxta bayraq" termini ingilis dilində (ing. false flag) XVI əsrdə kiminsə sədaqətinin qəsdən təhrif edilməsi mənasını verən ifadə kimi yaranmışdır. Termin məşhur olaraq dəniz müharibəsində bir gəminin öz həqiqi kimliyini gizlətmək üçün neytral və ya düşmən ölkənin bayrağını qaldırması hiyləsini təsvir etmək üçün istifadə edilmişdir. Bu taktika əvvəlcə dəniz quldurları və kaperlər tərəfindən digər gəmiləri aldatmaq üçün onlara hücum etməzdən əvvəl onlara yaxınlaşmağa icazə vermək üçün istifadə edilmişdir. Daha sonra beynəlxalq dəniz qanunlarına uyğun olaraq dəniz müharibəsi zamanı məqbul bir təcrübə hesab edilmişdir, bir şərtlə ki, hücum edən gəmi hücum başlayan kimi öz həqiqi bayrağını nümayiş etdirsin. İndiki dövrdə bu termin özlərinə qarşı hücumlar təşkil edən və hücumları düşmən xalqlar, ya da terrorçular kimi göstərən ölkələri əhatə edir. Beləliklə, hücuma məruz qalan millətə daxili repressiya və ya xarici hərbi təcavüz üçün bəhanə yaradılır. 2022-ci ilin yanvar və fevral aylarında Qərb dövlət qurumları Rusiyanın Ukraynada saxta bayraq əməliyyatından istifadə edəcəyini proqnozlaşdırmışdı. 24 fevralda Rusiyanın Ukraynaya hücumu ərəfəsində Rusiya hökuməti dezinformasiya kampaniyasını gücləndirmişdi.
Qondarma Erməni soyqırımı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing.
Qondarma Dağlıq Qarabağ Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Qondarma Dağlıq Qarabağ Respublikası bayrağı
Qondarma Dağlıq Qarabağ Respublikası — heç bir ölkə tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı. Bayrağın iki kənarından başlayaraq və həmin tərəfdən məsafənin üçdə birinə bərabər nöqtədə birləşən, ağ rəngli, beşdişli, pilləli xalça naxışının əlavə olunduğu Ermənistan bayrağından hazırlanmış bayraq 2 iyul 1992-ci ildə qəbul edilmişdir. DQR 2017-ci ildə keçirilən referendumdan sonra adı dəyişdirilərək Artsax Respublikası adlandırılıb və bayrağı özündə saxlayıb. Bayraq üç üfüqi və bərabər uzunluqlu zolaqdan ibarət düzbucaqlıdır. Sağ tərəfində ağ rəngli beşbucaqlı pilləli xalça naxışı var. Naxış bayrağın üçdə bir hissəsini tutur. Bayrağın nisbəti 1:2-dir. 2 iyun 1992-ci ildə qəbul edilib. Rənglərin simvolizmi belədir: Qırmızı — "erməni xalqının mövcudluğu, xristian inancı, müstəqilliyi və azadlığı uğrunda davam edən mübarizəsi", Mavi — "erməni xalqının dinc səma altında yaşamaq iradəsi", Narıncı — "erməni xalqının həmrəyliyi və zəhmətkeşliyi". Ağ naxış dağları təmsil edir və həmçinin Ermənistanla birləşməyə can atmağın simvolu olaraq qərbə yönəlmiş oxu təmsil edir.
Qondarma Dağlıq Qarabağ Respublikası gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası himni
Qondarma Dağlıq Qarabağ Respublikası himni və ya Azat u ankax Artsax — Qondarma Dağlıq Qarabağ Respublikasının himni. Ազատ ու անկախ Արցախ, Քո տուն-ամրոցը կերտեցինք, Պատմությունը մեր երկրի, Մեր սուրբ արյամբ մենք սերտեցինք: Դու բերդ ես անառիկ, Բարձունք սրբազան, վեհ անուն, Մասունք աստվածային, Քեզնով ենք հավերժանում: Դու մեր լույս հայրենիք, Երկիր, հայրենյաց դուռ սիրո, Ապրիր դու միշտ խաղաղ, Մեր հին ու նոր Ղարաբաղ: Քաջերն ենք մենք հայկազուն, Մռավ ենք, Քրիս ենք ու Թարթառ, Մեր վանքերով լեռնապահ, Անհաղթելի մի բուռ աշխարհ: Azat u ankax Artsax, Ko tun-amrotsə kertetsink, Patmutyunə mer yerkri, Mer surb aryamb menk sertetsink. Du berd es anarrik, Bardzunk srbazan, veh anun, Masunk astvatsayin, Keznov enk haverjanum. Du mer luys hayrenik, Yerkir, hayrenyats durr siro. Aprir du mişt xağağ, Mer hin u nor Ğarabağ. Kacern enk menk haykazun, Mrrav enk, Kris enk u Tartarr, Mer vankerov lerrnapah, Anhağteli mi burr aşxarh.
Qondarma Dağlıq Qarabağ Respublikasının gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu — demək olar ki, Ermənistan pasportu ilə eyni idi. Pasportun məzmununa erməni və ingilis dilləri daxil idi. Beynəlxalq səviyyədə tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının pasportları 2006-cı ildə Qondarma Dağlıq Qarabağ Respublikasının konstitusiyaya edilmiş dəyişiklikləri əsasında verilirdi. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikasının sərhədləri daxilində istifadə olunurdu. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikası və digər üç postsovet münaqişəsi dövlətinin sərhədləri daxilində istifadə olunurdu; Abxaziya, Cənubi Osetiya və Dnestryanı tanınmamış dövlətlər birliyinin bütün üzvləri kimi öz vətəndaşları üçün viza tələbini ləğv etməyə razılaşıblar. Bundan əlavə, Qondarma Dağlıq Qarabağ Respublikası vətəndaşları qonşu ölkə Ermənistana vizasız gedə bilərdilər. Qondarma Dağlıq Qarabağ Respublikası ikili vətəndaşlıq prinsipini qəbul etmişdi və nəticədə 2012-ci ildə Dağlıq Qarabağ Respublikasına köçmüş suriyalı erməni qaçqınlarına Qondarma Dağlıq Qarabağ Respublikası pasportu verilmişdi.
Qondarma Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti — Qondarma Dağlıq Qarabağ Respublikasına gələnlər vizadan azad olan ölkələrdən birindən gəlmirlərsə, viza almalıdırlar. Aşağıdakı ölkələrin vətəndaşları Dağlıq Qarabağ Respublikasına vizasız gedə bilərlər: Yuxarıda göstərilən ölkələrlə yanaşı, daha üç keçmiş Sovet dövlətinin vətəndaşları Artsaxa vizasız gedə bilərlər. Tanınmamış dövlətlər birliyinin bütün üzvləri öz vətəndaşları üçün viza tələbini qaldırmağa razılaşıblar: Digər ölkələrin vətəndaşları Ermənistanın Dağlıq Qarabağdakı daimi nümayəndəliyindən viza ala bilərlər. İstisna hallarda, giriş vizası Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də Xankəndidə verilə bilər. Tək 21 günlük turist vizası mövcuddur, tək və çoxlu viza maksimum bir, iki və ya üç ay müddətinə verilə bilər. Azərbaycana getmək istəyən şəxsin pasportunda Dağlıq Qarabağ vizası, möhürü və ya ora səfər etməsi ilə bağlı hər hansı sübut olarsa, onun Azərbaycan Respublikasına girişi həmişəlik qadağan ediləcək və bu şəxs "persona non qrata" siyahısına (arzuedilməyən adam siyahısına) daxil ediləcək.